...

Azərbaycan xarici işlər nazirinin İrana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 2 Mart 2011 16:23 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də İrana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbaut xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.
Azərbaycan xarici işlər nazirinin İrana səfərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də İrana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbaut xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.

Səfər zamanı Azərbaycanın xarici işlər naziri Azərbaycan tərəfdən həmsədri olduğu iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səkkizinci iclasında iştirak edəcək.

Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan və İranın xarici işlər naziri Elmar Məmmədyarov və Əli Əkbər Salehidir.

Komissiyanın bundan əvvəlki iclası 2008-ci ilin martında Bakıda keçirilib.

2010-cu ilin yekunları üzrə Azərbaycan və İran arasında xarici mal dövriyyəsi 243,219 milyon dollar təşkil edib. Bununla yanaşı, ixrac əməliyyatları 124,98 milyon dollar məbləğində həyata keçirilib, idxalın payına 118,24 milyon dollar düşür.

"Hökumətlərarası komissiyanın toplantısı ərəfəsində iclasın gündəliyini hazırlayacaq ekspert görüşü də keçiriləcək", - İsgəndəri bildirib.

Xəbər lenti

Xəbər lenti