...

Azərbaycan dünyada ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir - konqresmen

Siyasət Materials 28 Aprel 2011 13:05 (UTC +04:00)
Azərbaycan ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir. Trend-in məlumatına görə, bunu konqresmen Bill Şuster (Bill Shuster) konqresmenlərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ərəfəsində "Azadlıq" radiosunun Avropa xidmətinə müsahibəsində bildirib.
Azərbaycan dünyada ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir - konqresmen

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir. Trend-in məlumatına görə, bunu konqresmen Bill Şuster (Bill Shuster) konqresmenlərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ərəfəsində "Azadlıq" radiosunun Avropa xidmətinə müsahibəsində bildirib.

"Biz Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə dostluğa və Sovet İttifaqının süqutu anından müttəfiqimiz olaraq qaldıqlarına görə minnətdarıq. Azərbaycan dünyada ən sadiq müttəfiqlərimizdən biridir", - Şuster deyib.

Çərşənbə günü Şusterin başçılığı ilə ABŞ Konqresinin nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyətinin tərkibinə konqresmenlər Kris Mörfi (Chris Murphy), Şon Daffi (Sean Duffy), Adam Kinzinger (Adam Kinzinger), Sedrik Riçmond (Cedric Richmond) və Con Ranyab (Jon Runyan) daxildirlər.

ABŞ Konqresinin nümayəndə heyəti Bakıda ikitərəfli əlaqələri müzakirə edəcək.

Şusterin sözlərinə görə, nümayəndə heyətinin hökumət nümayəndələri ilə görüşü keçiriləcək. Prezident İlham Əliyevlə görüş gözlənilir.

"Əmin olmaq lazımdır ki, Azərbaycandakı demokratik institutlar normalara uyğun çalışırlar və seçkilər azad və ədalətli keçirilir, çünki Amerika xalqı bizim müttəfiqimiz haqqında məhz bu əsasda fikir yürüdəcək", - Şuster deyib.

"Biz Azərbaycan tərəfinə Amerikanın özünün əsl müttəfiqlərindən birini - Azərbaycanı qiymətləndirdiyini bilməyə imkan verəcəyik", - Şuster deyib.

Konqresmen Mörfinin sözlərinə görə, ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri çox mühümdür. Belə ki, Azərbaycan siyasi mövqe baxımından mühüm ölkədir, lakin tez-tez Birləşmiş Ştatlar Konqresi tərəfdən lazımi diqqət əldə etmir.

"Bu səfər respublikaçı və demokratlar qrupu üçün ilk növbədə, evə qayıtdıqdan sonra Azərbaycanla əlaqələrin daha çox qarşılıqlı anlaşma əsasında inkişafına, eləcə də ölkəyə dəstək verilməsinə tərəfdar kimi çıxış etmək imkanı verir", - Mörfi bildirib.

Xəbər lenti

Xəbər lenti