...

Azərbaycan və Gürcüstanın ədliyyə nazirləri əməkdaşlığa dair təklifləri müzakirə ediblər

Siyasət Materials 29 Aprel 2011 18:23 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Gürcüstanın ədliyyə naziri Zurab Adeişvili cümə axşamı keçirdikləri görüşdə iki qurum arasında əməkdaşlığa dair bir sıra konkret təkliflər irəli sürüblər.
Azərbaycan və Gürcüstanın ədliyyə nazirləri əməkdaşlığa dair təklifləri müzakirə ediblər

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Gürcüstanın ədliyyə naziri Zurab Adeişvili cümə axşamı keçirdikləri görüşdə iki qurum arasında əməkdaşlığa dair bir sıra konkret təkliflər irəli sürüblər. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Gürcüstanın ədliyyə naziri hərtərəfli, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Adeişvili ədliyyə infrastrukturunun yeniləşməsi və fəaliyyətdə müasir texnologiyaların tətbiqi barədə məlumat verərək, gələn ay Batumi Ədliyyə Nazirliyinin yeni inşa olunmuş binasının açılış mərasiminin keçiriləcəyini bildirib.

Gürcüstan nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti