...

Suriyanın keçmiş müdafiə naziri öldürülüb - KİV

Siyasət Materials 9 Avqust 2011 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Suriya Prezidenti Bəşşar Əsədin dünən istefaya göndərdiyi müdafiə naziri Əli Həbib öldürülüb. Bu barədə Trend ərəb KİV-inə istinadən məlumat verib. Ərəb KİV-inin məlumatına görə, Əli Həbib istefaya göndərildikdən təxminən doqquz saat sonra odlu silahla qətlə yetirilib. Məlumatda o da bildirilir ki, Həbib Suriya ordusu daxilindəki əleyhdarları tərəfindən qətlə yetirilib.

Dünən Suriya Prezidenti Bəşşar Əsəd ölkənin müdafiə naziri 72 yaşlı Əli Həbibi istefaya göndərib. Onun yerinə Davud Rajhay təyin olunub.

Suriyanın bir çox şəhərlərində ordu ilə Prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 800-dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100-dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali deyil, silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti