...

Azərbaycan nümayəndə heyəti Krınitsa-Zdruydakı XXI İqtisadi Forumun Cənubi Qafqazla bağlı iclasını tərk edib

Siyasət Materials 9 Sentyabr 2011 17:42 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Krınitsa-Zdruydakı XXI İqtisadi Forumun Cənubi Qafqazla bağlı iclasında Azərbaycan torpaqlarının Ermənistan ərazisi kimi göstərildiyi fotoşəkil və materialların moderatorun stoluna qoyulmasından dərhal sonra iclas otağını tam heyətlə tərk edib.
Azərbaycan nümayəndə heyəti Krınitsa-Zdruydakı XXI İqtisadi Forumun Cənubi Qafqazla bağlı iclasını tərk edib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan nümayəndə heyəti Krınitsa-Zdruydakı XXI İqtisadi Forumun Cənubi Qafqazla bağlı iclasında Azərbaycan torpaqlarının Ermənistan ərazisi kimi göstərildiyi fotoşəkil və materialların moderatorun stoluna qoyulmasından dərhal sonra iclas otağını tam heyətlə tərk edib. Bu barədə Trend-ə cümə günü "Vestnik Kavkaza"nın baş redaktoru, Trend-in Ekspert Şurasının üzvü və Forumda Rusiyanın maraqlarını təmsil edən Aleksey Vlasov bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvü İqbal Ağazadə bu davranışla bağlı hiddətləndiyini bildirib, lakin şərh verməkdən imtina edib.

İclasın moderatoru Avropa erməni ittifaqları forumunun prezidenti Aşot Qriqoryan olub.

Forumda beş plenar iclas və "dəyirmi masa" ətrafında 12 mövzu blokuna dair 100-dən çox məsələ müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti