...

Bakıda Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Siyasət Materials 14 Sentyabr 2011 12:11 (UTC +04:00)
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri sentyabrın 23-də Azərbaycanla Avropa İttifaqı arasında Əməkdaşlıq Komitəsinin növbəti iclasında müzakirə olunacaq.
Bakıda Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri sentyabrın 23-də Azərbaycanla Avropa İttifaqı arasında Əməkdaşlıq Komitəsinin növbəti iclasında müzakirə olunacaq.
İclasın gündəliyində əməkdaşlığa, o cümlədən energetika, demokratik proseslərə dair məsələlər durur. Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Ötən ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.

"Şərq tərəfdaşlığı" Aİ-nin altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutur. Proqram Aİ-yə üzvlüyün mümkünlüyünü deyil, lakin viza rejiminin sadələşdirilməsini, enerji sahəsində əməkdaşlığı, sərbəst ticarət zonalarının yaradılmasını nəzərdə tutur. Eləcə də tələbə mübadiləsi, ətraf mühitin müdafiəsi, enerji təchizatı üzrə kiçik layihələr həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti