...

Azərbaycan Prezidenti Qobustan və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 15 Sentyabr 2011 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Qobustan və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qobustan rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.

Qobustan rayonunun sosial-iqtisadi həyatında son illərdə əsaslı dəyişikliklər baş verib, ümumi məhsul buraxılışı 2,7 dəfə, sənaye məhsulunun həcmi 5 dəfə artıb, 2008-ci ildə şəhər statusu alıb və əhalisinin sayı iki dəfə çoxalmış rayon mərkəzinin ərazisi genişləndirilib, sosial-iqtisadi yönümlü bir sıra obyektlər, o cümlədən yeni məktəblər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri həyata keçirilib.

Prezident İlham Əliyev Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Şamaxı rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti