Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə qondarma "erməni soyqırımı" ilə bağlı araşdırmalar üçün birgə komissiyanın yaradılmasına hazırdır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu fransalı həmkarı Alen Jüpenlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.