...

İlham Əliyev Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak edib (FOTO)

Siyasət Materials 29 Dekabr 2011 19:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak edib.
İlham Əliyev Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak edib.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq paytaxtın müxtəlif rayonlarında müasir tələblərə cavab verən yol ötürücüsü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin inşası davam etdirilir. Buzovna, Maştağa, Bilgəh qəsəbələrinə və Bakı şəhərinə rahat çıxışı təmin edən Buzovna yol ötürücüsü və tunelinin inşası da paytaxtın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərdəndir.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa olunan Buzovna qovşağında tikinti işləri "Azvirt" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilib.

Nəqliyyat naziri Ziya Məmmədov Buzovna qovşağının texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, tunelin ümumi uzunluğu 365, eni 17, qapalı hissənin uzunluğu isə 41 metrdir. Yol ötürücüsünün və tunelin tikintisində yüksək keyfiyyətli inşaat materiallarından istifadə olunub. Yol ötürücüsü 9 bal gücündə zəlzələyə davamlılığa hesablanıb. İki zolaqdan ibarət yol ötürücüsünün eni 5 metrdir. Sakinlərin təhlükəsizliyi üçün burada piyada keçidinin də inşa olunduğu bildirildi. Keçiddə və tuneldə yağış sularının axıdılması üçün drenaj xətləri çəkilib və nasoslar quraşdırılıb.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti