...

İraq Azərbaycanın ərəb dünyasına pəncərəsi ola bilər – iraqlı deputat

Siyasət Materials 20 Yanvar 2012 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir A.Tağıyeva/

İraq Dağlıq Qarabağ probleminin reallıqlarının yayılması üçün Azərbaycanın ərəb dünyasına pəncərəsi ola bilər. Bunu İraq parlamentinin beynəlxalq münasibətlər komitəsinni sədri Hammam Hammudi Trend-ə eksklüziv müsahibəsində deyib.

"Mən İraqın Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv məlumatların ərəb dünyasında yayılmasında köməyini təklif etdim, çünki bu ölkələr çox oxşarlığa malikdirlər", - Hammudi deyib.

Onun sözlərinə görə, ərəb ölkələri Dağlıq Qarabağ problemində həmişə Azərbaycanı dəstəkləyiblər. Bu dəstəyi bir neçə səbəblə izah etmək olar: birincisi, Dağlıq Qarabağ münaqişəsi müsəlman əhalisinin problemidir, ikincisi, bu humanitar problemdir və üçüncüsü, ərəblər də Fələstin problemi kimi oxşar problemlə üzləşirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti