...

Oklahoma ştatının Senat və Nümayəndələr Palatasında Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən qətnamələr qəbul olunub

Siyasət Materials 3 Mart 2012 13:47 (UTC +04:00)
Oklahoma ştatının Senatında və Nümayəndələr Palatasında Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən qətnamələr qəbul olunub.
Oklahoma ştatının Senat və Nümayəndələr Palatasında Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən qətnamələr qəbul olunub

Azərbaycan, Bakı, 3 mart /Trend/

Oklahoma ştatının Senatında və Nümayəndələr Palatasında Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən qətnamələr qəbul olunub.

Trend-in məlumatına görə, ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti fevralın 29-da Oklahoma ştatının dövlət orqanlarında bir sıra görüşlər keçirib.

Ştatın Senat və Nümayəndələr Palatasında Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən 34 nömrəli qətnamələr qəbul olunub.

Millət vəkilləri Asim Mollazadə və Sevinc Fətəliyeva senator və konqresmenlər qarşısında çıxış edərək Azərbaycanın regionda ABŞ-ın mühüm strateji müttəfiqi olduğunu qeyd ediblər.

Senator Mayk Şults ABŞ və Azərbaycan arasında genişlənməkdə olan yaxın tərəfdaşlıq münasibətlərinin Oklahoma ştatı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına böyük təkan verdiyini bildirib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Oklahoma ştatının qubernatoru və dövlət katibi ilə rəsmi görüşləri olub. Ştatın qubernatoru xanım Meri Follin iki ölkə arasında münasibətləri yüksək qiymətləndirərək, bu strateji müttəfiqliyə görə ABŞ xalqı adından Azərbaycana təşəkkürünü bildirib. Daha sonra xanım Follinin adından Amerikanın dövlət rəsmiləri və biznesmenlərinin iştirakı ilə Türkiyə-Azərbaycan-Oklahoma dostluq ziyafəti verilib. Ziyafətdə qubernator Follin, dövlət katibi Qlenn Koffi və senator Mayk Şults çıxış edərək, Azərbaycan, Türkiyə və ABŞ arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıblar.

Tədbirdə çıxış edən ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlərdən söz açaraq, Azərbaycan Dövlət Neft Şirkətinin bu müddət ərzində dünyanın aparıcı neft şirkətlərindən birinə çevrildiyini söyləyib. Bu uğurların təməlinin 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulduğunu qeyd edən Xalik Məmmədov Azərbaycanın iri neft və qaz ixracatçısına çevrildiyini deyərək, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın oynadığı roldan danışıb.

TurkAz şurasının dəstəyi ilə keçirilmiş ziyafətdə ABŞ-ın dövlət rəsmiləri, konqresmen və senatorlar, Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin üzvləri, Azərbaycanın ABŞ-dakı səfirinin müşaviri Nəsimi Ağayev, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova, eləcə də Azərbaycanın ABŞ-dakı diasporasının fəalları iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti