...

İranın nüvə proqramını dayandırmaq mümkün olmasa, ABŞ hərbi tədbirlərə əl ata bilər

Siyasət Materials 6 Mart 2012 19:54 (UTC +04:00)
Pentaqon rəhbəri Leon Panetta əgər digər alternativ tədbirlər İranda nüvə silahının yaradılmasının qarşısını almayacaqsa, ABŞ-ın bu ölkəyə qarşı hərbi addımlar ata biləcəyini istisna etmir.
İranın nüvə proqramını dayandırmaq mümkün olmasa, ABŞ hərbi tədbirlərə əl ata bilər

Azərbaycan, Bakı, 6 mart /Trend/

Pentaqon rəhbəri Leon Panetta əgər digər alternativ tədbirlər İranda nüvə silahının yaradılmasının qarşısını almayacaqsa, ABŞ-ın bu ölkəyə qarşı hərbi addımlar ata biləcəyini istisna etmir. Bu barədə çərşənbə axşamı Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Hərbi fəaliyyət digər bütün vasitələr nəticəsiz qalan zaman sonuncu alternativdir. Şübhə etməyin ki, lazım gələrsə hərəkət edəcəyik", - Panetta qeyd edib.

Çərşənbə axşamı Avropa İtifaqı (Aİ) diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat xidməti məlumat verib ki, beynəlxalq vasitəçilərin "altılığ"ı (Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa) adından İrana ölkənin nüvə dosyesi üzrə danışıqları bərpa etmək təklif olunub.

Xəbər lenti

Xəbər lenti