...

Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 9 Mart 2012 18:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, iyirmi dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Cəlilabad rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti