...

Gürcüstan DİN: Bandit qruplaşmasının zərəsizləşdirilməsi üzrə əməliyyatın əsas hissəsi başa çatıb

Siyasət Materials 30 Avqust 2012 15:12 (UTC +04:00)
Lopota dərəsində bandit qruplaşmasının zərəsizləşdirilməsi üzrə aparılan xüsusi əməliyyatın əsas hissəsi başa çatıb.
Gürcüstan DİN: Bandit qruplaşmasının zərəsizləşdirilməsi üzrə əməliyyatın əsas hissəsi başa çatıb

Gürcüstan, Tbilisi, 30 avqust /Trend, müxbir N.Kirsxaliya/

Lopota dərəsində bandit qruplaşmasının zərəsizləşdirilməsi üzrə aparılan xüsusi əməliyyatın əsas hissəsi başa çatıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Şota Xizanişvili Telavi polisinin (Kaxeti regionu, Gürcüstanın şərqi) binasında açılan böhran qərargahında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya ilə həmsərhəd ərazidən Gürcüstana keçən öldürülmüş 12 yaraqlıdan 11-nin cəsədi artıq tapılıb.

"Onları dini qaydalarla dəfn edəcəklər", - deyən nazir müavini onların harada basdırılacağını dəqiqləşdirməyib.

Xizanişvili bildirib ki, meşədə hələ bir neçə yaralı yaraqlı qalmaqdadır, lakin yerli sakinlərin təhlükəsizliyi təmin olunub.

Onun sözlərinə görə, yaraqlılardan bir hissəsi RF vətəndaşlarıdır. Onalrın əksəriyyəti Şimali Osetiyadandır.

Gürcüstan DİN çərşənbə günü gecə Lopota dərəsində Dağıstanla sərhəd yaxınlığında aşkar edilən təxribat qrupunun neytrallaşdırılması və onların girov götürdükləri adamların azad edilməsi üzrə əməliyyat aparıb. Nazirliyin məlumatına görə, Rusiyadan Gürcüstana bir qrup təxribatçı keçib. Onlar yerli sakinlərdən üç qrup girov götürüblər. Hər qrupda 2-3 nəfər girov olub. Hazırda girovların hamısı azad edilib, 11 yaraqlı məhv edilib, altı nəfəri mühasirəyə alınıb və onların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

Xəbər lenti

Xəbər lenti