...

YAP Gənclər Birliyi qanvermə aksiyası keçirib

Siyasət Materials 11 Oktyabr 2012 16:37 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi qanvermə aksiyası təşkil edib.
YAP Gənclər Birliyi qanvermə aksiyası keçirib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi qanvermə aksiyası təşkil edib.

Trend-in məlumatına görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilən aksiyada yüzlərlə gənc qan verib.

"Yaşatmağa tələs, dost!!!" şüarı altında keçirilən aksiyanın məqsədi Azərbaycanda irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdir.

Qanvermə aksiyasına, həmçinin YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, eləcə də partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı da qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti