...

Əhməd Davudoğlu: İsrail sülh istəyirsə, mövcud vəziyyəti qiymətləndirməlidir

Siyasət Materials 30 Noyabr 2012 18:27 (UTC +04:00)
Əgər İsrail Fələstin ilə sülh şəraitində yaşamaq istəyirsə, mövcud vəziyyəti qiymətləndirməlidir.
Əhməd Davudoğlu: İsrail sülh istəyirsə, mövcud vəziyyəti qiymətləndirməlidir

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Tağıyeva/

Əgər İsrail Fələstin ilə sülh şəraitində yaşamaq istəyirsə, mövcud vəziyyəti qiymətləndirməlidir. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, BMT-də Fələstinə müşahidəçi dövlət statusunun verilməsi Fələstinin artıq müstəqil dövlət olduğunu təsdiq edir.

Davudoğlu əlavə edib ki, ABŞ Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə nizamlanmasının bərpa edilməsi üçün İsraildən Qəzza sektorunda zorakılığın tamamilə dayandırılmasını tələb etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti