...

Daşkəsəndə N saylı hərbi hissədə ölən əsgərin anası ictimaiyyətə müraciət edib

Siyasət Materials 11 Yanvar 2013 13:44 (UTC +04:00)
Daşkəsəndə N saylı hərbi hissədə ölən əsgər Ceyhun Qubadovun anası Samirə Qubadova ictimaiyyətə müraciət edib.
Daşkəsəndə N saylı hərbi hissədə ölən əsgərin anası ictimaiyyətə müraciət edib

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Daşkəsəndə N saylı hərbi hissədə ölən əsgər Ceyhun Qubadovun anası Samirə Qubadova ictimaiyyətə müraciət edib.

Trend-ə daxil olan müraciətdə qeyd olunur:

"Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək ailəmizə üz vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm.

Mən Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar.

Bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir.

Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı bir aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti