...

Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər saxlanılıb

Siyasət Materials 11 Yanvar 2013 14:22 (UTC +04:00)
Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər həbs olunub.
Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər saxlanılıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər saxlanılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Məlumata görə, hadisədə şübhəli bilinən bir əsgər və bir zabit saxlanılıb.

Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.

Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti