...

Əliağa Ağayevin 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 1 Mart 2013 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əliağa Ağayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Əliağa Ağayevin 100 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əliağa Ağayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, böyük sənətkar Əliağa Ağayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Əliağa Ağayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2013-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Əliağa İsmayıl oğlu Ağayevin anadan olmasının 100 illiyi tamam olur.

Əliağa Ağayev milli teatr tarixinin fitri istedada malik parlaq simalarındandır. Zəngin mədəni ənənələrə həmişə sadiq qalan səhnə ustası və kino aktyoru kimi o, özünəməxsus üslubda yaratdığı son dərəcə koloritli obrazlarla Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti