...

Kanadada Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yubiley konserti keçirilib (FOTO)

Siyasət Materials 20 Aprel 2013 07:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən Ottavada yerləşən Kanadanın Milli Qalareyasında (National Gallery of Canada) Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
Kanadada Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yubiley konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən Ottavada yerləşən Kanadanın Milli Qalareyasında (National Gallery of Canada) Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Tədbirin əvvəlində giriş sözü ilə çıxış edən səfir Fərid Şəfiyev Heydər Əliyevin fəaliyyəti haqqında geniş məlumat verib, ölkəmiz üçün ən ağır zamanlarda dövlətçiliyimizin inkişafı və müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində göstərdiyi müstəsna xidmətlərindən danışıb.

Daha sonra məşhur kanadalı skripkaçı və Niaqara Musiqi Festivalının bədii rəhbəri Atis Bankasın və Torontoda fəaliyyət göstərən Kanadanın "Quartetto Gelato" adlı ansamblının ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, o cümlədən, solo skripkada muğam səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti