...

Kipr Prezidenti ölkəni modernləşdirmək üçün konstitusiyaya dəyişikliklər etməyi təklif edir

Siyasət Materials 30 Aprel 2013 04:23 (UTC +04:00)
Kipr Prezidenti Nikos Anastasiadis 50 il ərzində yığılıb qalan problemlərin həllini və cəmiyyətin siyasətə etibarını bərpa etməyi nəzərdə tutan ölkənin modernləşdirilməsi üzrə təşəbbüs irəli sürüb.
Kipr Prezidenti ölkəni modernləşdirmək üçün konstitusiyaya dəyişikliklər etməyi təklif edir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Kipr Prezidenti Nikos Anastasiadis 50 il ərzində yığılıb qalan problemlərin həllini və cəmiyyətin siyasətə etibarını bərpa etməyi nəzərdə tutan ölkənin modernləşdirilməsi üzrə təşəbbüs irəli sürüb. Prezidentin 7 səhifəlik bəyanatını onun administrasiyası yayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Anastasiadis konstitusiyaya dəyişikliklər etməyi, həmçinin prezidentin ardıcıl iki dövrdən çox bu vəzifədə çalışmasına qadağa qoymağı təklif edir.

Prezident korrupsiya ilə mübarizə üzrə bir sıra tədbirlər görməyi, dövlət idarələrində islahatlar aparmağı, bir sıra strukturları və prosedurları sadələşdirməyi, elektron hökumətin tətbiqini, xərcləri azaltmağı da təklif edir. Bu islahatların 2013-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı vətəndaşların ölkənin siyasi həyatında aktiv iştirakını vacib sayır.

Xəbər lenti

Xəbər lenti