...

Ermənistan Prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

Siyasət Materials 16 May 2013 16:52 (UTC +04:00)
Ermənistan Prezidentinin iqamətgahı qarşısında qazın qiymətinin planlaşdırılan artımına qarşı etiraz aksiyası keçirilib.
Ermənistan Prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 16 may /Trend/

Ermənistan Prezidentinin iqamətgahı qarşısında qazın qiymətinin planlaşdırılan artımına qarşı etiraz aksiyası keçirilib. Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, aksiyada onlarla vətəndaş iştirak edib.

Buna qədər aksiya iştirakçıları İctimai xidmətlərin nizamlanması üzrə Komissiyaya qazın qiymətinin artırılmasına yol verməmək tələbi ilə məktub göndəriblər. Onların fikrincə, bu, ölkədə ağır sosial vəziyyətin gərginləşməsinə və əhali arasında kütləvi narazılığa gətirib çıxaracaq.

Məktubun surəti Ermənistanın Baş nazirinə, həmçinin Prezident Administrasiyasına təqdim olunub.

Etiraz aksiyalarının Ermənistanın digər vilayətlərində inzibati binalarının qarşısında keçiriləcəyi istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti