...

Avropalı parlamentarilər Bakıda səfərdə olublar (FOTO)

Siyasət Materials 18 May 2013 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Mayın 17-18-də Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Avropa Parlamentinin slovakiyalı üzvləri Boris Zala (Avropa Parlamenti Sosialistlər və Proqressiv Demokratlar Alyansının və Xarici Əlaqələr Komitəsinin üzvü) və xanım Katarina Nevedalova (Avropa Parlamenti Sosialistlər və Proqressiv Demokratlar Alyansının və Mədəniyyət və Təhsil Komitəsinin üzvü, Avropa Sosialistlər Partiyasının vitse-prezidenti) Bakıda səfərdə olublar.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, mayın 17-də avropalı parlamentarilər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Həmin gün parlamentarilər Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, xarici işlər nazirinin muavini Mahmud Məmməd-Quliyev və iqtisadi inkisaf nazirinin muavini Sevinc Həsənova, həmçinin Milli Məclisin sədr muavini Valeh Ələsgərov, Avropa İttifaqı-Azərbaycan Əməkdaslıq Komitəsinin sədri, millət vəkili Elton Məmmədov, millət vəkilləri Səməd Seyidov, Asim Mollazadə, Vüqar Məmmədov və Muxtar Babayev ilə görüşüblər.

Yüksək səviyyədə keçirilən görüşlərdə Avropa Parlamenti ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulanıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür səfərlərin önəmi qeyd edilib.

Mayın 18-də slovakiyalı deputat Katarina Nevedalova Binəqədidəki məcburi köckünlərin məskunlasdıgı yataqxananı ziyarət edib. Qonaq Avropa Azərbaycan Məktəbinin fəaliyyəti ilə tanış olub, müəllim-şagird heyəti ilə görüşüb və məktəbdə keçirilən əlifba bayramında iştirak edib. Xanım Nevedalova Azərbaycan Diplomatiya Akademiyasının da qonağı olub.

Xəbər lenti

Xəbər lenti