...

Elmar Məmmədyarov Serbiyanın keçmiş Prezidenti ilə görüşüb

Siyasət Materials 30 May 2013 20:03 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Serbiyanın keçmiş Prezidenti, Demokratik Partiyanın fəxri prezidenti Boris Tadiçi qəbul edib.
Elmar Məmmədyarov Serbiyanın keçmiş Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 30 may /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Serbiyanın keçmiş Prezidenti, Demokratik Partiyanın fəxri prezidenti Boris Tadiçi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Boris Tadiç Azərbaycanda gedən surətli inkişafdan təsirləndiyini bildirib və paytaxt Bakı şəhərinin gördüyü ən maraqlı və gözəl şəhərlərdən biri olduğunu diqqətə çatdırıb. Serbiyalı qonaq Avropa İttifaqındakı mövcud iqtisadi durum, ölkəsində gedən proseslər və Serbiyanın Aİ-yə inteqrasiyası barədə məlumat verib.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib, Azərbaycanda və regionda gedən proseslər barədə məlumat verib. Həmçinin nazir Elmar Məmmədyarov regional enerji layihələri barədə qarşı tərəfə məlumat verib, sözügedən layihələrin region üçün olan əhəmiyyətindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti