...

Suriyalı nazir müavininin girov götürülmüş atası bir qrup mülki vətəndaşla dəyişdirildi

Siyasət Materials 9 İyun 2013 02:39 (UTC +04:00)
Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdadın atası və Suriya ordusu tərəfindən girov saxlanılan bir qrup mülki vətəndaşın mübadiləsi həyata keçirilib.
Suriyalı nazir müavininin girov götürülmüş atası bir qrup mülki vətəndaşla dəyişdirildi

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdadın atası və Suriya ordusu tərəfindən girov saxlanılan bir qrup mülki vətəndaşın mübadiləsi həyata keçirilib.

Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, müxaliflərin Miqdadın atasını təhvil verməsindən sonra Əsəd hökuməti aralarında qadınların da olduğu xeyli sayda mülki vətəndaşı sərbəst bıraxıb. Həmin vətəndaşların saxlanması barədə əmrin birbaşa Miqdad tərəfindən verildiyini deyən müxaliflər bundan əvvəl nazir müavininin atasını girov götürmüşdülər.

Sosial şəbəkələrdəki yerləşdirilən görüntülərdə ata Miqdad ilə müxaliflər arasındakı dialoqlar diqqət çəkib. Müxaliflərin oğlunun nə iş gördüyü sualına 80 yaşlı ata belə cavab verir: "Oğlum dövlətdə çalışır, ancaq nə iş gördüyünü bilmirəm. Mənim kimi oxumağı, yazmağı bacarmayan 80 yaşlı bir adam bunu hardan bilsin?"

Xəbər lenti

Xəbər lenti