...

Natiq Əliyev: TAP layihəsi Azərbaycan, Türkiyə və Gürcüstana böyük sərmayələrin cəlb olunmasını təmin edəcək

Siyasət Materials 28 İyun 2013 13:07 (UTC +04:00)
Trans Adriatik boru kəmərinin (TAP) Azərbaycan qazının Avropa bazarlarına nəqli üzrə marşrut kimi seçilməsi sərmayələrin cəlb olunması üçün daha yaxşı şəraitin yaradılmasına imkan verəcək.
Natiq Əliyev: TAP layihəsi Azərbaycan, Türkiyə və Gürcüstana böyük sərmayələrin cəlb olunmasını təmin edəcək

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir S.Əliyev/

Trans Adriatik boru kəmərinin (TAP) Azərbaycan qazının Avropa bazarlarına nəqli üzrə marşrut kimi seçilməsi sərmayələrin cəlb olunması üçün daha yaxşı şəraitin yaradılmasına imkan verəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən brifinqdə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, marşurut üzrə qəbul edilən qərar ilk növbədə Azərbaycan, Türkiyə və Gürcüstana əhəmiyyətli sərmayələrin cəlb olunması üçün şərait yaradacaq:

"TAP ölkələrin dəstəyini alıb. TAP layihəsinin iştirakçılarının fikrincə, İtaliya qazın nəql edildiyi son bazar deyil. İtaliya üzərindən Avstriya və digər ölkələrin bazarına çıxış planlaşdırılır".

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın sözlərinə görə, seçilən qaz kəməri Azərbaycan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına imkan verəcək:

"Mən birmənalı şəkildə bildirirəm ki, ABŞ TAP layihəsini dəstəkləyir. [...]. Bu hələ prosesin sonu deyil. Ola bilər ki, gələcəkdə "Nabucco" layihəsi də reallaşdırılsın. Bu qazın həcmindən asılı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti