Gürcüstan, Tbilisi, 29 iyun /Trend, müxbir N.Kirsxaliya/
Serbiyanın sabiq Prezidenti Boris Tadiç Azərbaycan, Gürcüstan və Ermənistanı əməkdaşlığa çağırıb.
Trend-in məlumatına görə, Tadiç Tbilisidə jurnalistlərə bildirib ki, hazırkı mərhələdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq çox vacibdir.
Sabiq Prezident Gürcüstan parlamentində keçirilən Cənubi Qafqaz siyasətçilərinin Forumunda fəxri qonaq qismində iştirak edir.
O, qeyd edib: "Təbii ki, bu forumda mənim iştirakımdansa, Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı daha vacibdir. Burada bu dövlətlərin gənc siyasətçiləri ərazi məsələlərinin həlli, əməkdaşlıq və s. kimi mövzuları müzakirə edirlər. Bu mərhələdə bu üç dövlət arasında əməkdaşlıq çox vacibdir".
Niderlandın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən forum sabah başa çatacaq.