Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına gedib.
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Z.Həsənovun rəhbərlik etdiyi qrupun məqsədi hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatının vəziyyəti, şəxsi heyətin sosial-məişət məsələlərini yoxlamaqdır.