...

Siyavuş Novruzov: Azərbaycan dövlətinə xidmət etməyi şantaj vasitəsi kimi qələmə vermək istəyənlər xarici kəşfiyyata işləyirlər

Siyasət Materials 14 Fevral 2014 11:50 (UTC +04:00)
Azərbaycan dövlətinə xidmət etməyi hansısa şantaj və yaxud böhtan vasitəsi kimi çirkin formada qələmə vermək istəyən adamlar varsa, o adamlar ayrı-ayrı dövlətlərin xarici kəşfiyyatına işləyirlər və onların təsir dairəsindədirlər.
Siyavuş Novruzov: Azərbaycan dövlətinə xidmət etməyi şantaj vasitəsi kimi qələmə vermək istəyənlər xarici kəşfiyyata işləyirlər

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan dövlətinə xidmət etməyi hansısa şantaj və yaxud böhtan vasitəsi kimi çirkin formada qələmə vermək istəyən adamlar varsa, o adamlar ayrı-ayrı dövlətlərin xarici kəşfiyyatına işləyirlər və onların təsir dairəsindədirlər. Bunu Trend-ə Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalist Xədicə İsmayılovanın hazırladığı hesabata münasibət bildirərkən deyib.

S.Novruzovun sözlərinə görə, "kimsə hökumətə, dövlətə işləyir" fikri düzgün deyil: "Əslində, hamı hökumətə, dövlətə işləməlidir. Dövlətə, hökumətə işləmək millətə, xalqa xidmət etmək deməkdir. Qorxulusu başqa-başqa dövlətlərə, başqa-başqa dövlətlərin kəşfiyyat orqanlarına, erməni lobbisinə işləməkdir. Budur qəbahət, budur günah. Yəni, yanaşma tərzinin özü yanlışdır. İqtidara işləmək günah deyil. İqtidara işləmək xalqına işləmək deməkdir. İqtidar da bu gün Azərbaycan xalqına xidmət edir, Azərbaycan xalqının problemlərini həll edir, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə məşğul olur. Demək, dolayısı ilə bu adamlar bu işlə məşğul olursa, mən bunu təqdirəlayiq hesab edirəm".

Qeyd edək ki, X.İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti