...

Ukraynada keçmiş vəzifəli şəxslərin həbsinə başlanılır

Siyasət Materials 13 Mart 2014 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Ukrayna Baş Prokurorluğu Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev və fevralın 27-də Krım hökumətinin başçısı təyin edilmiş Sergey Aksyonova qarşı istintaq-prosessual fəaliyyətini başa çatdırıb.

Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, materiallar müvafiq orqanlara təqdim olunub.

Baş prokurorun səlahiyyətlərini icra edən Oleq Maxnitski bildirib ki, adıçəkilən şəxslərin yerlərinin müəyyən edilməsi və saxlanılması barədə göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti