...

BMT Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

Siyasət Materials 27 Mart 2014 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend/

BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır.

BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti