...

İranda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 9 Aprel 2014 11:12 (UTC +04:00)
Aprelin 9-da Tehranda Sərdabad Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
İranda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO)

İran, Tehran, 9 aprel /Trend, müxbir S.Əliyev/

Aprelin 9-da Tehranda Sədabad Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, İranın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.

Prezidentlər birgə foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti