...

Zahid Oruc: Ermənistan rəhbərliyi siyasi savaşda bütün parametrlər üzrə cənab İlham Əliyevə uduzur

Siyasət Materials 26 Aprel 2014 12:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab cənab Prezidenti bir lider kimi xarakterizə edən çox mühüm keyfiyyətdir.
Zahid Oruc: Ermənistan rəhbərliyi siyasi savaşda bütün parametrlər üzrə cənab İlham Əliyevə uduzur

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab cənab Prezidenti bir lider kimi xarakterizə edən çox mühüm keyfiyyətdir. Bu barədə Trend-ə Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, uzun illərdir ki, Avropa "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində müəyyən bir siyasət aparmaqdadır və çox qəribədir ki, Ermənistanı da həmin proqramın içərisinə qatıblar: "Baxmayaraq ki, bu ölkə bir tərəfdən Rusiyanın cənub cinahında ön cəbhəsi olmaqla öyünür, digər tərəfdən, hərbi platsdarmdır, bununla belə, nə qədər qəribə və paradoksal olsa da, Avropa dövlətləri bu ölkədən özlərinə tərəfdaş formalaşdırmaq istəyirlər. Bu fonda Praqada keçirilən görüşdə Sarkisyanın yenə də qurbanlıq cildinə girməsi gözlənilən idi və birmənalı şəkildə onun tribunanı öz maraqları üçün istismar etməyə cəhd etməsi proqnozlaşdırılan idi".

Millət vəkili deyib ki, cənab Prezident İlham Əliyevin bu məsələlərlə bağlı kifayət qədər konseptual, həddindən artıq faktoloji əsasla, eyni zamanda, qardaş Türkiyənin və bu fonda əslində bütövlükdə türk dünyasının maraqlarının bariz şəkildə müdafiəsini təmin etməsi bir daha Azərbaycan Prezidentinin böyük mövqeyini və xarizmatik lider keyfiyyətlərini ortaya qoydu: "Düşünürəm ki, əslində Sarkisyan təkcə zərbə almadı, həmçinin Azərbaycanın müstəqil mövqeyində maraqları olan bütün digər Qərb dairələri də cənab İlham Əliyevin açıqlamalarından müəyyən qeydlər götürdülər. Yəni bu mesajın ünvanı təkcə Ermənistan deyildi, çünki orada nədən Ermənistana qarşı sanksiyaların tətbiq olunmaması, Avropa Şurasında bu dövlətin nə üçün səsvermə hüququnun və ya mandatının dayandırılmaması məsələləri də ifadəsini tapdı".

Z.Oruc vurğulayıb ki, Ermənistanın rəhbərliyi diplomatik, siyasi, informativ savaşda bütün parametrlər üzrə cənab İlham Əliyevə uduzur: "Yəni rəhbərləri liderimizdən qat-qat zəif və gücsüz olan bir ölkənin yeganə dayağının hansı dövlətlər olduğu da bəllidir. Və çox təəssüf ki, məhz bu fonda onlar fəaliyyətlərini davam etdirirlər. Ancaq gələcək dönəmdə də Azərbaycanın bu məsələdə öz prinsipial xəttini davam etdirəcəyini düşünürəm. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin maraqlarının birmənalı müdafiəsi bundan sonra da davam edəcək. Yəni Dağlıq Qarabağ məsələsi Türkiyənin problemidir, eləcə də qardaş ölkənin maraqları əleyhinə olan istənilən bir məkanda atılan addımlar bizim üçün bir savaş meydanıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti