...

Türkiyə Polis Akademiyasının rəhbəri vəzifəsindən azad edilib

Siyasət Materials 22 May 2014 09:38 (UTC +04:00)
Türkiyə Polis Akademiyasının rəhbəri Rəmzi Fındıklı vəzifəsindən azad edilib. Trend xəbər verir ki, bu barədə yerli "Milliyet" qəzeti yazır.
Türkiyə Polis Akademiyasının rəhbəri vəzifəsindən azad edilib

Аzərbaycan, Bakı, 22 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Polis Akademiyasının rəhbəri Rəmzi Fındıklı vəzifəsindən azad edilib. Trend xəbər verir ki, bu barədə yerli "Milliyet" qəzeti yazır.

Fındıklı 2013-cü ilin dekabrında antikorrupsiya əməliyyatlarından sonra dövlət orqanlarında başlayan kadr dəyişikliyi prosesi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.

Türkiyə Polis Akademiyasına yeni rəhbər Yılmaz Çolak təyin olunub. Bu posta namizədlik ölkənin daxili işlər naziri, Baş nazir və Türkiyə Prezidenti təfərindən təsdiqlənir.

Qeyd edək ki, R.Fındıklı Türkiyə Polis Akademiyasına 2010-cu ildən rəhbərlik edirdi.

Türkiyə Polis Akademiyası 6 dekabr 1937-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti