Azərbaycan, Bakı, 24 may /Trend, müxbir R.Hafizoğlu/
Dünən gecə saatlarında Türkiyənin paytaxtı Ankara və İstanbul şəhərlərində etiraz askiyaları keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat verib.
Məlumata əsəsən, etiraz aksiyasının dağıdılması üçün polis gözyaşardıcı qaz və su şırnaqları istifadə edib.
Məlumat üçün bildirək ki , dünən günorta saatlarında da İstanbulun Okmeydanında bir qrup gənc etirz askiyaşı keçiriblər.
Polis nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Qeyd edək ki, mayın 22-də İstanbulda Manisa vilayətində mədənçilərin ölümü ilə əlaqədar təqribən 20 nəfər etiraz aksiyası keçirib. Aksiya zamanı 2 nəfər ölüb.