...

Latviyanın Azərbaycanda yeni səfiri vəzifəsinə namizədin adı açıqlanıb

Siyasət Materials 19 İyun 2015 11:59 (UTC +04:00)
Latviyanın Azərbaycandakı diplomatik missiyasına Yuris Maklakovs başçılıq edəcək.
Latviyanın Azərbaycanda yeni səfiri vəzifəsinə namizədin adı açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Səba Ağayeva/

Latviyanın Azərbaycandakı diplomatik missiyasına Yuris Maklakovs başçılıq edəcək. Bu barədə Trend diplomatik mənbəyə istinadən xəbər verir.

Hazırda Y.Maklakovs Latviyanın Qazaxıstandakı səfiridir. Azərbaycan səfirin diplomatik karyerasında ikinci ölkə olacaq.

Y.Maklakovs 1964-cü ildə anadan olub. Kalininqrad Hərbi Aviasiya Mühəndisliyi peşə məktəbini, 1992-ci ildə Jukovski adına Hərbi-Hava Akademiyasını, həmçinin ABŞ ordusunun hərbi kollecini bitirib.

1993-cü ildən Latviya Milli Müdafiə Akademiyasında dərs deyib, 2001-ci il iyul ayından həmin təhsil ocağının rektoru olub. 2004-cü ildə Hərbi Hava Qüvvələrinin komandanı, 2006-cı il iyul ayında isə Latviya Milli Silahlı Qüvvələrinin komandanı təyin edilib.

Xatırladaq ki, cari ilin aprel ayında Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti