...

Fransanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi

Siyasət Materials 3 Noyabr 2015 18:44 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Aurelia Buşeni qəbul edib.
Fransanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Aurelia Buşeni qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə A.Buşe etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

A.Buşe diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti