...

Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Mart 2016 12:08 (UTC +04:00)
Azərbaycan Konstitutsiya Məhkəməsinə yeni səlahiyyət verilir.
Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Konstitutsiya Məhkəməsinə yeni səlahiyyət verilir.

Trend-in məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" qanun layihəsində öz əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitutsiyasının 130-cu maddəsinin III hissəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid edilmiş məsələlərə əlavə olaraq, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Azərbaycan Konstitutsiyasına uyğunluğu baxımından Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsini həll edir.

Qanun layihəsi haqqında məlumat verən komitə üzvü Rəfael Cəbrayılov deyib ki, qanun lahiyəsinin əsas məqsədi Azərbaycana qarşı ikili standartların hüquqi müstəviyə keçməsinin qarşısını almaqdır: "Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra insan hüquq və azadlıqlarının prioritetliyini özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul etdi. Ancaq bu gün dünyada ikili standartlar hüquq müstəvisinə gəlib çıxır. Buna görə də düşündük ki, Konstitusiya Məhkəməsinə yuxarıda qeyd olunan səlahiyyətin verilməsi zəruridir".

R.Cəbrayılov deyib ki, burada söhbət əsla Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin və konvensiyaların şübhə altına alınmasından getmir: "Bəzən dövlətlərarası orqanların qərarları ikili standartlar əsasında olur, ölkəmizin maraqlarına uyğun gəlmir. Burada söhbət Azərbaycanın hansısa beynəlxalq öhdəliyinin imtinasından getmir. Həmin qərarların Azərbaycanın Konstitusiyasına uyğunluğundan söhbət gedir. Bir daha qeyd edirəm ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərə əməl edir. Belə bir qanun layihəsinin qəbul edilməsi digər ölkələr üçün də nümunə ola bilər".

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti