...

Aureliya Qriqoriu: Ermənistan növbəti dəfə fundamental insan haqlarını pozub

Siyasət Materials 15 Dekabr 2016 15:09 (UTC +04:00)
Ermənistan tərəfinin addımları Avropa İnsan Haqları Konvensiyası ilə nəzərdə tutulan fundamental insan hüquqlarını pozur.
Aureliya Qriqoriu: Ermənistan növbəti dəfə fundamental insan haqlarını pozub

Bakı. Trend:

Ermənistan tərəfinin addımları Avropa İnsan Haqları Konvensiyası ilə nəzərdə tutulan fundamental insan hüquqlarını pozur. Bunu Trend-ə Moldova İctimai palatasının rəhbəri, siyasi xadim Aureliya Qriqoriu bir müddət əvvəl Ermənistan-Azərbaycan sülhməramlı platformasına qatılmış Lusine Nersisyanın həbsini şərh edərkən deyib.

A.Qriqoriunun sözlərinə görə, Ermənistan Avropa İnsan Haqları Konvensiyasının şəxsi toxunulmazlıq və ədalətli məhkəmə istintaqı barədə maddələri pozub:

“Bütün bu pozuntuları Ermənistan və Dağlıq Qarabağ separatçıları cəzasızlıq səbəbi ilə edirlər. Dünya ictimaiyyəti artıq insan haqlarını pozan və işğalçı olan bu ölkəyə qarşı təsiredici tədbirlər görməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti