...

ATƏT-in Kiyevdəki ofisinin qarşısında erməni təxribatı ilə əlaqədar etiraz aksiyası keçiriləcək

Siyasət Materials 6 İyul 2017 16:07 (UTC +04:00)
Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi ATƏT-in Kiyevdəki ofisinin qarşısında Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq aksiya keçirəcək.
ATƏT-in Kiyevdəki ofisinin qarşısında erməni təxribatı ilə əlaqədar etiraz aksiyası keçiriləcək

Bakı. Trend:

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi ATƏT-in Kiyevdəki ofisinin qarşısında Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq aksiya keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq və dünya birliyini Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınalığına son qoymağa çağırmaqdır.

Etiraz aksiyası ilə bağlı icazənin alınması üçün artıq Ukraynanın müvafiq dövlət orqanlarına müraciət olunub. Aksiyada Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.

Qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlı gənclərlə yanaşı, diaspor təşkilatlarının nümayəndələrinin də etiraz aksiyasında iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti