...

Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edir

Siyasət Materials 31 İyul 2017 12:04 (UTC +04:00)
“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.
Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edir

Bakı. Trend:

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir.

Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti