...

Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatır

Siyasət Materials 7 Sentyabr 2017 15:24 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbərini qəbul edib
Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatır

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə D.Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov D.Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti