...

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Siyasət Materials 29 Noyabr 2017 13:01 (UTC +04:00)
Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Bakı. Trend:

Noyabrın 29-da Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti