...

Prezident İlham Əliyev Türkmənistanla ikitərəfli sənədləri təsdiq edib (YENİLƏNİB)

Siyasət Materials 29 Noyabr 2017 18:37 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Prezident İlham Əliyev Türkmənistanla ikitərəfli sənədləri təsdiq edib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Müəllif Hüquqları Agentliyinə Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Dövlət başçısı Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Daxili İşlər Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Dövlət başçısı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət və Turizm Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Fərmanda qeyd edilir ki, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Dövlət başçısı Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandumun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Memorandum 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Memorandum qüvvəyə mindikdən sonra Vergilər Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılır.

Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Anlaşma Memorandumu 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Energetika Nazirliyinə tapşırılır ki, Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti