...

XİN: Polşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini davam etdirəcək

Siyasət Materials 24 Yanvar 2018 22:01 (UTC +04:00)
Polşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səylərini davam etdirəcək.
XİN: Polşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini davam etdirəcək

Bakı. Trend:

Polşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səylərini davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

“Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun Krakovda keçirdikləri görüşün nəticələrini alqışlayır”, deyə nazirliyin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin deyilir ki, ölkə mübahisə və münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli prinsipinə tövhəsini verəcək: “Polşa BMT Təhlükəsizlik Şurasında 2018-2019-cu illərdə qeyri-daimi üzvlüyü çərçivəsində bu sahədə fəal rol oynayacaq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti