...

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

Gündəm Materials 19 İyun 2018 11:06 (UTC +04:00)
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək.
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

Bakı. Trend:

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək.

Trend-in məlumatına görə, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil ediləcək.

Tədbirdə Azərbaycanın dövlət orqanları, o cümlədən nazirlik, komitə, şirkət və digər qurumları, ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklər, BMT qurumları, beynəlxalq və yerli humanitar təşkilatlar, həmçinin qaçqın və məcburi köçkün icmaları təmsil olunacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən BMT-nin "Qaçqınların statusu haqqında" 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti