...

Prezident İlham Əliyev Çili dövlət başçısını təbrik edib

Siyasət Materials 17 Sentyabr 2018 18:03 (UTC +04:00)
Prezident İlham Əliyev Çili Prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Çili dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Çili Prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Çili Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti