...

Səudiyyəli nazir: Əsas məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır

Siyasət Materials 18 Mart 2019 11:45 (UTC +04:00)
Neft istehsal edən ölkələrin əsas məqsədi qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır
Səudiyyəli nazir: Əsas məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır

Bakı. Sara İsrafilbəyova - Trend:

Neft istehsal edən ölkələrin əsas məqsədi qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır.

Trend-in məlumatına görə, bunu Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih deyib.

Nazir bildirib ki, ötən il bir sıra tədbirlər sayəsində bazarın stabilləşməsinə nail olmaq mümkün oldu. O əlavə edib ki, bir çox uğurlara baxmayaraq, hələ də çox iş görmək lazımdır:

“Mən şadam ki, iclas Bakıda, neftin vətənində keçirilir. Biz bu gün burada Azərbaycanın neft sənayesinin uğurlarını qeyd etmək üçün toplaşmışıq”.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası öz işinə başlayıb. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti