...

Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

Siyasət Materials 27 Fevral 2020 17:53 (UTC +04:00)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə bağlı protokolların baxılmasına münasibət bildirib.
Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə bağlı protokolların baxılmasına münasibət bildirib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub.

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

Plenumun hansı tarixə təyin edilməsi barəsində kütləvi informasiya vasitələrinə əlavə olaraq rəsmi məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti