...

Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat sakinlərinə Qurban sovqatları paylanılıb (FOTO)

Siyasət Materials 4 Avqust 2020 15:03 (UTC +04:00)
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat sakinlərinə Qurban  sovqatları paylanılıb (FOTO)

Bakı. Trend:

56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilən Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat şəhəri və ətraf kəndlərdə Qurban bayramı münasibətilə, aztəminatlı və şəhid ailələrinə, eləcə də ailə başçısını itirmiş ailələrə qurban payı və bayram hədiyyələri verilib.

Trend-in məlumatına görə, ərzaq yardımı deputat köməkçiləri və “Damla” İctimai Biriliyinin əməkdaşları tərəfindən, karantin qaydalarının tələblərinə uyğun olaraq ailələrə çatdırılıb.

Təşəbbüs Xudat şəhər mərkəzi daxil olmaqla, Çaykənarı, Dədəli, İstisu, Ləcət, Nabran, Nərəcan, Niyazoba, Qımılqışlaq, Qusarçay, Susayqışlaq, Uzunoba, Yeni həyat və Yalama qəsəbələrini əhatə edib.

Eyni zamanda, seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar bir daha maarifləndirici tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti